Netanyahu: Avropa İranın “hədəfidir”
İsrailin Baş naziri Binyamin Netanyahu İranın raket, terror və nüvə ambisiyalarının təkcə İsrail sərhədləri ilə məhdudlaşmadığını, Avropanın da birbaşa hədəfdə olduğunu bəyan edib.
Realist.az xəbər verir ki, İsrail hökumətinin başçısı bu fikirləri Qüdsdə çexiyalı həmkarı Babiş ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
İsrail və Çexiya Arasında Təhlükəsizlik Əməkdaşlığı
Mətbuat konfransında çıxış edən Binyamin Netanyahu regiondakı və qlobal miqyasdakı təhdidlər fonunda İsrail ilə Çexiya arasında təhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyini vurğulayaraq, bu tərəfdaşlığı “çox ağıllı addım” adlandırıb. O, Avropanın proseslərə kənardan baxa bilməyəcəyini bildirib:
“İran raketləri, terrorizmi və nüvə ambisiyaları İsrailin sərhədləri ilə məhdudlaşmır. Avropa kənar müşahidəçi deyil – Avropa hədəfdir.”
Avropa Ölkələrinə Tənqid, Çexiyaya Təşəkkür
İsrailin Baş naziri çıxışında İsraili addımlarına görə qınayan bir sıra Avropa ölkələrini sərt tənqid edib, eyni zamanda rəsmi Praqaya göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib:
“Çexiya Respublikası xeyirlə şəri qarışdırmaqdan imtina edir. Bu, mənəvi aydınlıqdır, bu, mənəvi cəsarətdir.”
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


