Noyabrın 30-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Realist.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 8-10, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, bəzi ərazilərdə isə duman müşahidə ediləcəyi gözlənilir. Qərb küləyi əsəcək.
Bölgələrdə havanın temperaturu gecə 3-8, gündüz 9-12 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 2-5 dərəcə şaxta, gündüz isə 0-2 dərəcə şaxta gözlənilir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


