Polşa Baş naziri Donald Tuskun Lexus markalı şəxsi avtomobili Sopot şəhərindəki evinin qarşısından oğurlanıb. Qeyd edək ki, avtomobil 24 saat qorunurdu.

Yenifikir.media xəbər verir ki,hadisə baş verən kimi polis axtarışlara başlayıb və bir neçə saat sonra avtomobil Qdansk şəhərinin Kokoszki məhəlləsində tapılıb. Oğrunun kimliyi hələ məlum deyil.

Polis hadisənin adi oğurluq olub-olmaması və ya Baş nazirə mesaj vermək məqsədilə xarici kəşfiyyat xidmətlərinin iştirakı ehtimalını araşdırır.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın