Noyabrın 25-də ölkə ərazisində polis əməkdaşları tərəfindən cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən **”Aktual Xəbər”**ə verilən məlumata görə, gün ərzində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 34 cinayətin açılması təmin olunub.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 79 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 49-u borclu şəxs qismində axtarışda olub.
Həmçinin narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


