Ermənistandakı Rusiya hərbi bazasının iki hərbçisi Gümrüdə baş verən insidentdən sonra saxlanılıb.

Realist.az “Azatutyun” radiosuna istinadən xəbər verir ki, hazırda həmin Rusiya hərbçiləri Ermənistan həbsxanasında saxlanılır.

Məlumata görə, hadisə təxminən bir ay əvvəl baş verib. Ukrayna vətəndaşı Dmitro Samuylenko hüquq-mühafizə orqanlarına müraciət edərək Gümrü rayonunda iki hərbçi tərəfindən döyüldüyünü bildirib.

İstintaq başlayıb, səfirlik susur

Ermənistan İstintaq Komitəsindən verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb və məhkəmə-tibbi ekspertizası təyin edilib. Hərbçilərin ukraynalını hansı səbəbdən döydüyü hələ ki, məlum deyil.

Hadisə ilə bağlı nə Rusiya hərbi bazası, nə də Rusiyanın İrəvandakı səfirliyi hər hansı rəsmi şərh verməyib.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın