Realist.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin təşkil etdiyi təlimə nazirliyin canlı qüvvə və texnikası cəlb olunub.
Təlimin nəzəri hissəsində institutun əməkdaşlarına yanğın və digər fövqəladə hallar zamanı davranış qaydaları, təhlükəsiz təxliyənin təşkili barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Praktiki mərhələdə isə şərti yanğınla əlaqədar həyəcan siqnalı verilib. Hadisə yerinə operativ çatan yanğından mühafizə bölmələri yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirib. Təxliyə planına uyğun olaraq əməkdaşlar təhlükəsiz əraziyə çıxarılıb, şərti xəsarət alanlara ilkin yardım göstərilib və yanğın qısa müddətdə söndürülüb.
Təlimin sonunda nəticələr müzakirə olunub və müvafiq tapşırıqlar verilib.


© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


