Rusiyada Tümen–Soçi marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi eniş zamanı ildırım zərbəsinə məruz qalıb.
Realist.az xəbər verir ki, hadisə “Yamal” aviaşirkətinə məxsus YC-185 saylı reysdə qeydə alınıb.
Aviaşirkətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, “Airbus A320” tipli təyyarə Soçiyə enişə hazırlaşarkən atmosfer elektrikinin boşalması nəticəsində ildırım vurub.
Hadisə zamanı təyyarədə 116 sərnişin və 9 ekipaj üzvü olub. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.
Bütün risklərə baxmayaraq, hava gəmisi uçuşu uğurla başa çatdıraraq Soçi hava limanına enib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


