Liviya Benqazi limanına endirilən zərbə nəticəsində dəyən ziyana görə Ukraynadan təzminat tələb etməyə hazırlaşır.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Liviyanın şərqində fəaliyyət göstərən hökumətin xarici işlər naziri əl-Huveyc bəyanat verib.
Təzminat tələbi nələri əhatə edir?
Nazirin sözlərinə görə, irəli sürüləcək iddia həm insan itkiləri, həm də iqtisadi zərərlə bağlı bir neçə istiqaməti əhatə edəcək:
-
Həlak olanların və zərərçəkənlərin ailələrinin hüquqlarının bərpası;
-
Liman obyektlərinə və infrastrukturuna dəyən zərərin ödənilməsi;
-
Bölgədəki iqtisadi müəssisələrə dəyən ziyanın kompensasiyası.
Əl-Huveyc vurğulayıb ki, tələb olunan təzminat beynəlxalq hüquqa və hüquqi məsuliyyət normalarına uyğun olaraq həm insani, həm də maddi zərəri tam şəkildə əhatə etməlidir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


