EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
Böyük Britaniyada polis əməkdaşları üçün hazırlanan yeni dini və mədəni həssaslıq təlimatında qadın polislərə müsəlman kişilərlə ünsiyyət zamanı müəyyən məhdudiyyətləri nəzərə almaq tövsiyə edilib.

Realist.az  “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, bu barədə Milli Polis Rəhbərləri Şurasının (NPCC) hazırladığı hesabatda qeyd olunub.

“Milli Dini İnanclar üzrə Təlimat” adlanan sənəd 23 dini və inanc qrupunun nümayəndələri ilə davranış qaydalarını əhatə edir. Buraya müsəlmanlarla yanaşı, yəhudilər, buddistlər və katoliklər də daxildir. Nəşrin məlumatına görə, sənəddə müsəlman icması ilə bağlı tövsiyələrə daha geniş yer ayrılıb.

Təlimatda qadın polis əməkdaşlarına məscidlərə və müsəlman ailələrinin evlərinə daxil olarkən kişilər üçün nəzərdə tutulan girişlərdən istifadə etməmək məsləhət görülür. Bəzi hallarda ünsiyyətin kişi polis əməkdaşları tərəfindən aparılmasının daha uyğun olduğu bildirilir.

“The Telegraph”ın yazdığına görə, sənəddə qadın polislərə məscidlərdə və müsəlman ailələrinin evlərində olduqları zaman müsəlman kişilərlə danışmaqdan çəkinmələri barədə tövsiyə də yer alıb. Həmçinin müsəlmanların yaşadığı ərazilərdə xidməti itlərdən istifadə ilə bağlı xəbərdarlıq edilib.

Bundan başqa, təlimatda müsəlmanlara qarşı nifrət zəminində baş verən hadisələrin qeydə alınması və aidiyyəti üzrə bildirilməsi zərurəti vurğulanıb.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın