EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən ölkənin müxtəlif bölgələrində əhalinin fövqəladə hallar zamanı davranış qaydaları barədə məlumatlandırılması məqsədilə maarifləndirmə tədbirləri təşkil olunub.

Realist.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, tədbirlər Sumqayıt, Gəncə, Naftalan, Goranboy, Zaqatala, Şəki, Xaçmaz, Masallı, Astara, Tərtər, Bərdə və Saatlı rayonlarında yerləşən təhsil müəssisələrində, kitabxanada, sanatoriyada və digər təşkilatlarda keçirilib.

Maarifləndirmə tədbirlərində FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssisləri də iştirak ediblər.

Görüşlər zamanı iştirakçılara təbii və texnogen xarakterli fövqəladə hadisələrin təsnifatı, ölkəmiz üçün xarakterik təhlükələr, yanğın və zəlzələ zamanı davranış qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin nazirliyin “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formatda keçirilən tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın