Qüdsdə ultraortodoks nümayişçilər hərbi qulluqçuların olduğu avtobusu təxminən bir saat müddətində mühasirədə saxlayıblar.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşları izdihamı dağıtmağa cəhd göstəriblər. Daha sonra polis avtobusun azad edildiyini açıqlasa da, etirazçılar aksiyanı davam etdiriblər.
Polis və nümayişçilər arasında toqquşma baş verib
Məlumata görə, asayiş keşikçiləri ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Polis etirazçıları dağıtmaq üçün dəyənəklərdən və səs-küy qumbaralarından istifadə edib.
Etirazlara nə səbəb olub?
Nümayişin keçirilməsinə hərbi xidmətdən yayınan ultraortodoks icması üzvünün həbsi səbəb olub. Belə ki, həmin şəxs ötən gün axşam saatlarında öz evində saxlanılıb və 20 sutka hərbi həbs cəzasına məhkum edilib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


