Dövlət məktəblərində adambaşına maliyyələşdirmə qaydaları təsdiqləndi: Məbləğlər açıqlandı
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları rəsmən təsdiq olunub.
“Realist.az”ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərara əsasən, adambaşına maliyyələşdirmə prinsipi tətbiq edilən dövlət ümumi təhsil müəssisələrində məktəblərin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin baza miqdarı belirlənib.
Məktəb tipləri üzrə şagirdbaşına illik təhsil xərcləri:
-
Tam orta ümumtəhsil məktəbi – 2000 manat
-
Lisey – 2200 manat
-
Gimnaziya – 2200 manat
-
Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi – 2500 manat
-
İnternat tipli lisey – 3000 manat
-
İnternat tipli gimnaziya – 3000 manat
Artım əmsallarının tətbiqi
Sənəddə qeyd olunur ki, müəyyən edilmiş bu məbləğlər baza göstəriciləridir. Dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi zamanı hər bir təhsilalana düşən illik xərcə ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə müvafiq artım əmsalları tətbiq ediləcək.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
