Fransa Prezidenti Emmanuel Makron son bir neçə gündə bir çox xarici lider və rəsmi şəxsin ölkədəki etirazlar barədə düşünülməmiş və səs-küylü bəyanatlar verdiyini bildirib.

Fransa dövlət başçısının sözlərinə görə, etiraz aksiyaçılarının arxasında birbaşa və aşkar xarici müdaxilə müşahidə olunmayıb. Bununla bərabər, Makron digər ölkələrin rəhbərliyi tərəfindən məlumatların manipulyasiya edilməsi hallarının olduğunu vurğulayıb.

Fransa prezidenti bəzi xarici rəsmilər tərəfindən səsləndirilən tənqidlərin onların ölkəyə qarşı mənfi münasibətindən xəbər verdiyini bəyan edib:

“Bu insanlar məni əsəbiləşdirir!.. Bəli, bizim problemlərimiz var, lakin biz onların öhdəsindən metodik şəkildə, hörmətlə, qətiyyətlə və möhkəmliklə gələcəyik… Lakin ağlına gələni danışmaq olmaz”.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın