Dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) AXCP sədri Əli Kərimli və partiyanın üzvü Məmməd İbrahimin evində axtarış aparıb, onları DTX-ə apararaq dindirib. Hər iki şəxs Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində şübhəli şəxs qismində istintaqa cəlb olunub, amma hələ ittiham elan edilməyib.

Eyni zamanda, Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb. O, İstanbul Atnavutköy deportasiya məntəqəsinə gətirilib və sənədləşmə başa çatdıqdan sonra Azərbaycana deport ediləcəyi gözlənilir.

Xatırladaq ki, Ramiz Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə cəhd, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunur.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın