Gələn il Azərbaycanda qaz hasilatı 16,3 milyard kubmetrə çatacaq – Büdcə zərfi

Gələn il Azərbaycanda təbii qaz hasilatının cari ilin proqnozu ilə müqayisədə 239,2 milyon kubmetr, yəni 1,5 % artaraq 16,3 milyard kubmetrə çatacağı gözlənilir.

Realist.az xəbər verir ki, bu göstəricilər növbəti ilin dövlət büdcə zərfində öz əksini tapıb.

Sənədə əsasən, ölkədə dizel yanacağının istehsal həcmində də artım dinamikası nəzərdə tutulur. Belə ki, dizel istehsalının 115,4 min ton, yəni 5 % artacağı proqnozlaşdırılır.

Bundan əlavə, əlavə dəyər vergilərinə (ƏDV) cəlb olunan dövriyyənin genişlənməsi nəticəsində gələn il əlavə vergi öhdəliklərinin formalaşacağı gözlənilir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın