Netanyahunun məxfi görüşü İsrail mətbuatında gündəm olub

İsrailin baş naziri Benyamin Netanyahu 2024-cü ilin yayında məxfi bir görüş keçirib. O, “Mossad”ın Qətər maraqlarını təşviq edən keçmiş yüksək vəzifəli əməkdaşı ilə görüşüb.

“Realist.az” İsrailin 12-ci kanalına istinadən xəbər verir ki, hadisə Qəzza zolağında müharibənin qızğın vaxtında baş verib. Məxfi görüş rəsmi protokollarda öz əksini tapmayıb.

Sabiq kəşfiyyatçı mətbuatda “Şin” şərti adı və “Mossad şahzadəsi” ləqəbi ilə tanınır. O, təqaüdə çıxdıqdan sonra Qətərin İsraildəki təsir kampaniyasında çalışıb.

“Qətərgeyt” skandalı və nazirlərə təsir cəhdi

Məlumata görə, “Şin” Netanyahudan Qətəri tənqid edən nazirlərə təsir göstərməsini xahiş edib. Söhbət “Likud” partiyasından olan Amixay Şikli, Nir Barkat və Ron Dermerdən gedir.

Hətta o vaxtkı “Mossad” rəhbəri Barneanın da bu görüşdən xəbəri olmayıb. Həmçinin keçmiş əməkdaş Netanyahunun müşavirləri ilə Qətər diplomatı Əli əl-Tavadi arasında görüşlər təşkil edib.

Bu təmaslar hazırda “Qətərgeyt” işi çərçivəsində araşdırılır. Baş nazir Netanyahunun özü bu işdə şübhəli şəxs kimi keçmir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın