EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Noyabrın 21-də və 22-də Azərbaycanda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 51 nəfər saxlanılıb.

Realist.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, qeyd olunan tarixlərdə ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin edilib.

Axtarışda olan ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər isə polis əməkdaşları tərəfindən saxlanılıb.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın