EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 172,7 manat təşkil edib.

Realist az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artıb.
 

Hesabat dövründə neft-qaz sektorunda orta aylıq əməkhaqqı 4 445,3 manat, qeyri-neft-qaz sektorunda isə 1 113,9 manat olub.


Dövlət müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı 1 176,9 manat, özəl müəssisələrdə çalışanların əməkhaqqı isə 1 168,7 manat təşkil edib. 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın