EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

“Alyans” vəkil bürosunun rəhbəri Orxan Kəngərli ilə bağlı cinayət işi üzrə həbs edilənlərin sayı 6-ya çatıb.

Realist.az Lent.az-a istinadən bildirir ki, sonuncu həbs edilən şəxs aptek müdiri Xalid Mustafayevdir.

Ona Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi) ilə ittiham irəli sürülüb.

Bildirilib ki, Xalid Mustafayev vəkil Orxan Kəngərliyə narkotik tərkibli dərman vasitələrini reseptsiz satıb.

Məhkəmənin qərarı ilə X.Mustafayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Xalid Mustafayev 2019-cu ildə də eyni əməllə əlaqədar həbs edilib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın