EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Realist.az-a məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti Milli Məclisdə keçirilən “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər” mövzusunda İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunda iştirak edib.

Forum çərçivəsində Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisi arasında parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi üzrə 2027–2028-ci illər üçün praktiki tədbirlər planı – “Yol xəritəsi” imzalanıb.

Bununla yanaşı, hər iki ölkənin parlament rəhbərlərinin iştirakı ilə Milli Məclis və Özbəkistan Ali Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının ilk iclası keçirilib.

Səfər proqramını başa vuran Tənzilə Narbayeva və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycandan vətənə yola düşüb.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın