Reklam

ABŞ Konqresində ŞOK: Pentaqon rəhbərinin impiçmenti tələb olunur

ABŞ Konqresinin Nümayəndələr Palatasına Müdafiə naziri (Pentaqon rəhbəri) Pit Heksetin impiçmenti ilə bağlı rəsmi qətnamə təqdim olunub.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, qətnamə layihəsini Kentukki ştatından olan respublikaçı konqresmen Tomas Messie təqdim edib.

“İrana qarşı qanunsuz müharibə əmrlərini icra etdi”

Konqresmenin sözlərinə görə, Hekset vəzifəsindən kənarlaşdırılmalıdır, çünki o, İrana qarşı müharibəyə başlamaq barədə “qanunsuz əmrləri dərk edərək icra edib”. Messie vurğulayıb ki, bu addım Konqresin təsdiqi olmadan və İranın ABŞ üçün heç bir birbaşa hərbi təhlükə yaratmadığı bir şəraitdə atılıb.

Məlumata görə, Pentaqon rəhbərinin taleyini həll edəcək impiçment qətnaməsi üzrə səsvermə yaxın günlərdə keçirilə bilər.

ABŞ Prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasında impiçment təşəbbüsü ilə üzləşən Müdafiə naziri (Pentaqon rəhbəri) Piti Heksetin tərəfində olduğunu bildirib.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp impiçment proseduranın başlanmasına baxmayaraq, Hekseti müdafiə etməkdə qərarlı olduğunu vurğulayıb.

Amerika lideri jurnalistlərə açıqlamasında Pentaqon rəhbərinin xidmətlərini yüksək qiymətləndirib:

“Bəli, ben onu dəstəkləməyə davam edəcəyəm… O, iki müharibə qazanıb. Hərbi əməliyyatların aparılmasına cavabdeh idi və biz hamımız qalib gəldik. Mənim möhtəşəm komandam var”.

Qeyd edək ki, bundan əvvəl respublikaçı konqresmen Tomas Messie Heksetin İrana qarşı Konqresin razılığı olmadan “qanunsuz müharibə əmrlərini icra etdiyini” iddia edərək ona qarşı impiçment qətnaməsi təqdim etmişdi.

Reklam

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın