Peru hökuməti, sabiq baş nazir Betssi Çavesə siyasi sığınacaq verən Meksika ilə diplomatik münasibətləri dayandırıb.

Yenifikir.media bildirir ki, Perunun Xarici işlər naziri Uqo de Zela mətbuata açıqlamasında qeyd edib ki, Meksikanın bu addımı “dostluğa zidd və Perunun daxili işlərinə müdaxilə” kimi qiymətləndirilib.

Çaves hazırda Meksikanın Limadakı səfirliyində sığınacaq alıb. O, devrilmiş prezident Pedro Kastillonun çevriliş cəhdində “mümkün iştirakçı” kimi araşdırılır.

Qeyd edək ki,Peru ilə Meksika arasında gərginlik əvvəllər də yaşanıb — Meksika daha əvvəl də Kastillonun ailəsinə sığınacaq vermişdi.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın