Suriyada hakimiyyətdən devrildikdən sonra ailəsi ilə Rusiyaya sığınan Bəşər Əsəd hazırda Moskvada ali təhsil alır.Yenifikir.media xarici mətbuata istinadən xəbər verir ki, sabiq prezident adı açıqlanmayan universitetdə göz həkimliyi üzrə dərslər keçir və eyni zamanda rus dilini öyrənir.Onun Rusiyada maliyyə çətinliyi yoxdur və bu addımı əsasən vaxtını dəyərləndirmək məqsədilə atdığı bildirilir. Bu məlumatlar sabiq prezidentin yaxın çevrəsi tərəfindən açıqlanıb.

Mənbələrin bildirdiyinə görə, Bəşər Əsədin Rusiya rəhbərliyi ilə münasibətləri əvvəlki kimi deyil. Vladimir Putinin artıq onu önəmli fiqur hesab etmədiyi, Əsədin mediada görünməsinə və siyasi fəaliyyətlə məşğul olmasına icazə verilmədiyi qeyd olunur.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın