Avropa Parlamenti sosial mediaya giriş yaşının 16-ya qaldırılmasını təklif edib. Yenifikir.media bildirir ki, bu addımın əsas səbəbi “TikTok” ,”Instagram” və digər sosial şəbəkələrin uşaqların psixoloji sağlamlığına mənfi təsir göstərməsidir. Qərar təsdiqlənərsə, azyaşlılar sosial şəbəkələrdən yalnız valideyn icazəsi ilə istifadə edə biləcəklər. Parlament həmçinin qeyd edir ki, uşaqların icazəsiz giriş halları baş verdikdə platforma rəhbərləri də məsuliyyət daşımalı olacaq.

Qeyd edək ki, təklif böyük səs çoxluğu ilə qəbul edilib və gələcək AB qanunvericiliyinə təsir göstərə bilər.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın