Azərbaycanın daha bir güləşçisi dunya çempionu olub
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov ilk dəfə dunya çempionu adını qazanıb. 77 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Moldova təmsilçisinə qələbə çalaraq qızıl medalı təmin edib. Bu gün daha əvvəl başqa bir güləşçi – Eldəniz Əzizli – 55 kq çəki dərəcəsində beşinci dəfə dunya çempionu olmuşdu. Güləş üzrə 2026-cı il dunya çempionatı oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçirilir.
“Realist.az” xəbər verir ki, idmançılarımızın bu tarixi uğuru komandamızın ümumi aktivinə növbəti qızıl medalları yazdırıb.
Reaksiyalar:
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
