Ukrayna Müdafiə Qüvvələrinin bölmələri oktyabrın 12-də və 13-ə keçən gecə Rusiya ordusunun bir sıra hərbi obyektlərinə zərbələr endirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının verdiyi məlumata görə, Rusiyanın Kursk vilayətinin Kondrinka yaşayış məntəqəsi yaxınlığında “İskander-M” əməliyyat-taktiki raket komplekslərinin özüyerən buraxılış qurğuları və nəqliyyat-yükləmə maşınlarının təmir bazası vurulub.

Bununla yanaşı, Bryansk vilayətinin Şkryabine yaşayış məntəqəsi ərazisində radiolokasiya stansiyası (RLS) sıradan çıxarılıb. Luqansk vilayətinin işğal olunmuş ərazilərində isə Ukrayna hərbçiləri Rusiya bölmələrinin logistika obyektlərinə zərbələr endiriblər. Doljansk rayonunda yanacaq-sürtkü materialları anbarı, Rubijne ərazisində isə döyüş sursatı anbarı məhv edilib.

Eyni zamanda, Donetsk vilayətinin Selıdove, Razdolne, Sujenka və Mırnohrad, Zaporojye vilayətinin Naberjne, həmçinin Luqansk vilayətinin Kuzemovka ərazilərində Rusiya hərbçilərinin cəmləşdiyi obyektlərə də dəqiq zərbələr endirilib.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın