İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın cənub-şərqində terror təşkilatları ilə əlaqəli qruplaşmanın zərərsizləşdirildiyini və girov götürülən mühəndisin azad edildiyini bəyan edib.
SEPAH-ın Quru Qoşunlarının verdiyi məlumata görə, əməliyyat Sistan və Bəlucistan vilayətinin Kurin bölgəsində həyata keçirilib. Qruplaşma üzvləri Zahedanın qərbində yerləşən infrastruktur obyektlərindən birində çalışan mühəndisi oğurlayaraq ölkə xaricinə aparmağa cəhd ediblər.
Keçirilən xüsusi əməliyyat və hücum nəticəsində 5 silahlı məhv edilib, girov saxlanılan mühəndis isə xilas olunub. SEPAH-ın açıqlamasında toqquşma zamanı bir İran hərbçisinin də həlak olduğu bildirilir.
© Realist Media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
