Sumqayıtda 16 yaşlı oğlan bıçaqlanıb. Hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Şəhər sakini, 2009-cu il təvəllüdlü Fərzəliyev Məhəmməd Nazim oğlu aralarında yaranmış münaqişə zəminində, həmyaşıdı – 2009-cu il təvəllüdlü Niftəlizadə Elcan Anar oğluna bıçaqla xəsarət yetirib.

Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Uşaq Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. Başın tüklü hissəsinin, bədənin dəqiqləşdirilməmiş nahiyəsinin, göz qapağı və gözyuvası yanı nahiyənin açıq yarası diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Əldə etdiyimiz məlumata görə Sumqayıt şəhəri ərazisində şəxsi münasibətlər zəminində şəhər sakini 16 yaşlı E.Niftəlizadəyə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin həmyaşıdı M.Fərzəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.report

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın