İsrailin “14-cü kanal” televiziyasının yaydığı məlumata görə, son sutka ərzində İranın yüksək rütbəli hərbi rəsmiləri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirləri ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahuya qarşı sui-qəsd təşkil etmək niyyətlərini bəyan ediblər.
Realist.az xəbər verir ki, telekanalın məlumatında bu hədələrin həmçinin Avropada və dünyanın digər regionlarında yerləşən Amerika hərbi obyektlərinə də aid olduğu qeyd edilir. Bildirilir ki, bu bəyanatlar dalğası Ali Lider Müctəba Xameneinin silahlı qüvvələrə heç bir coğrafi məhdudiyyət olmadan əməliyyat hədəfləri bazasını genişləndirmək barədə verdiyi direktivdən sonra səslənib.
“Tramp və Netanyahunu öldürməkdə qərarlıyıq”
Məlumatda vurğulanır ki, İran dövlət televiziyasının efirində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Heydəri ABŞ və İsrail liderlərinin ünvanına birbaşa hədə ilə çıxış edib: “Biz Tramp və Netanyahunu öldürməkdə qərarlıyıq”. O, həmçinin ABŞ hərbi gəmilərinin guya İran sahillərindən yüzlərlə kilometr uzaqlaşdığını iddia edib.
Bundan əlavə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Rezai bəyan edib ki, ABŞ tərəfindən hərbi zərbələr bərpa olunacağı təqdirdə Tehran Avropada və uzaq adalarda yerləşən Amerika hərbi bazalarına hücum edə bilər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


