Qəzza senzurası iddiası: Manhetten sakini “The New York Times”ı 50 milyon dollar məbləğində məhkəməyə verdi

Manhetten sakini Merfi Amerikanın nüfuzlu “The New York Times” (NYT) qəzetinə qarşı 50 milyon dollarlıq iddia qaldırıb. O, nəşri hərbi əməliyyatları işıqlandırarkən “soyqırımı” terminindən istifadə etməkdən imtina etməklə İsrailin Qəzza zolağındakı əməllərini qəsdən gizlətməkdə günahlandırır.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, iddiaçının bildirdiyinə görə, qəzetin redaksiya siyasəti “soyqırımı” və “etnik təmizləmə” terminlərinin istifadəsini məhdudlaşdırır, eləcə də jurnalistlərə Fələstin torpaqlarına münasibətdə “işğal olunmuş ərazilər” ifadəsindən qaçmağı tapşırır.

“Gecələr ağlayıram, yuxusuzluq çəkirəm”

Merfi iddia edir ki, bu cür redaksiya siyasəti “oxucuları azdırır və ona ciddi psixoloji zərər vurur”. Məhkəmə iddiasında o, depressiya, yüksək həyəcan, yuxusuzluq və mənəvi əzablar çəkdiyini, dəfələrlə “yatmazdan əvvəl ağladığını” vurğulayıb.

İddiaçı pul kompensasiyası ilə yanaşı, senzura olunduğunu hesab etdiyi qəzet materiallarının üzərinə “PROPAQANDA” və ya “DEZİNFORMASİYA” xəbərdarlıq etiketlərinin yerləşdirilməsini tələb edir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın