Trampın İrana qarşı yeni hərbi əməliyyat keçirmək üçün cəmi 2 ayı var – NBC News
ABŞ Prezidenti Donald Trampın bəzi müşavirləri hesab edirlər ki, Vaşinqtonun İrana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirmək üçün cəmi iki aya yaxın vaxtı qalıb.
Realist.az “NBC News” telekanalına istinadən xəbər verir ki, buna səbəb yanvar ayında ABŞ Kongresinin hər iki palatasına nəzarətin Demokratlar Partiyasına keçəcəyidir. Məsləhətçilərin fikrincə, Konqresdəki dəyişiklikdən sonra münaqişənin kəskinləşməsi Tramp üçün ciddi istintaq araşdırmalarına və hərbi əməliyyatların dərhal dayandırılması tələblərinə gətirib çıxara bilər.
Pentaqon və Ağ Ev arasında fikir ayrılığı
Zərbələrin bərpa olunmasının əsas tərəfdarlarından biri kimi Pentaqon rəhbəri Pit Hertsok çıxış edir. O, mövcud çıxılmaz vəziyyətə görə məsuliyyəti Prezidenti hərbi əməliyyatları dayandırmağa və Tehranla razılığa gəlməyə inandıran məmurların üzərinə qoyur.
Eyni zamanda, Trampın yaxın çevrəsindəki bəzi rəsmilər yeni hərbi kampaniyanın sülh tənzimlənməsi üzrə aparılan danışıqları tamamilə pozacağından ehtiyat edirlər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
