ABŞ Prezidenti Donald Tramp husilərin yenidən fəallaşmasında İranın əli olduğunu və onların qlobal neft qiymətlərini artırmağa çalışdıqlarını bəyan edib.
Dövlət başçısı bu barədə özünə məxsus “Truth Social” sosial şəbəkəsində paylaşım edib. Tramp husilərin davranışını kəskin tənqid edərək qeyd edib:
“Husilər özlərini sadəcə iyrənc aparırlar. Düşünürdüm ki, bir il əvvəl onları yerlə-yeksan edəndə və xahişlərindən sonra hücumları dayandıranda dərs götürüblər. Onlar uzun müddət susdular, lakin indi ehtimal ki, İranın göstərişi ilə yenidən səhnəyə çıxıblar”.
ABŞ lideri vurğulayıb ki, husilər ABŞ-dəki seçkilər ərəfəsində dünya bazarında neft qiymətlərinin süni şəkildə qalxmasına nail olmağa çalışırlar. Tramp artıq seçkilərdə qələbə qazandığını və bu təşkilatın əməllərini unutmaq niyyətində olmadığını da əlavə edib.
© Realist Media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
