EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Türkiyənin Kayseri və Qırğızıstanın Talas şəhərləri Türk Dünyasının 2027 və 2028-ci illər üzrə Mədəniyyət Paytaxtları seçilib.

Realist.az xəbər verir ki, qərar noyabrın 28-də Özbəkistanın Əndican şəhərində keçirilən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirləri Daimi Şurasının 43-cü iclasında qəbul edilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, digər üzv dövlətlərin nümayəndələri və TÜRKSOY-un baş katibi Sultan Raev iştirak ediblər.

Toplantıda təşkilatın ötən dövr ərzindəki fəaliyyəti, maliyyə məsələləri, institusional inkişafı və Türk dünyası ölkələri arasında mədəni əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxışında ölkəmizin TÜRKSOY-la əməkdaşlığının əhəmiyyətindən danışıb, son dövrdə reallaşdırılan birgə layihələri diqqətə çatdırıb.

Nazir Bakıda Türk Dünyası Kitabxanalar Birliyinin yaradılmasını, Şuşada II Türk Dünyası Gənc Şairlər Festivalının, Şuşa və Xankəndidə Türk Dünyası Qadın Rəssamları Sərgisinin keçirilməsini, həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi”ni mühüm təşəbbüslər kimi qeyd edib.

O, TÜRKSOY-un ortaq mədəni irsin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

İclasın yekununda imzalanan Yekun Bəyanata əsasən, Kayseri 2027-ci, Talas isə 2028-ci il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” statusu alıb.

Həmçinin 2027-ci il “Çolpan ili”, 2028-ci il isə “Çingiz Aytmatov ili” elan edilib.

     

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın