Ukrayna hərbi kəşfiyyatı “Vaqner” XHK-nı əvəz edən “Afrika Korpusu” üçün ağır hərbi texnika daşıyan dörd Rusiya gəmisini diqqətlə izləyir.

Realist.az xəbər verir ki, bu barədə Fransanın xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan “Intelligence Online” nəşri məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, gəmilərin göyərtəsində zirehli transportyorlar, zirehli avtomobillər və yük maşınları da daxil olmaqla ən azı 300 vahid hərbi texnika var. Gəmilər oktyabrın 20-dən 22-dək Kalininqrad vilayətinin Baltiysk limanından yola düşüblər. Texnikanın çatdırılacağı ehtimal edilən məntəqələr arasında Liviyanın Tobruk, Qvineyanın Konakri və Toqonun Lome limanları göstərilir. Ukrayna kəşfiyyatının qiymətləndirməsinə görə, gəmilər noyabrın əvvəlindən ortalarınadək həmin limanlara çata bilər.

Ukrayna Aralıq dənizində əməliyyat imkanlarını artırıb

“Intelligence Online” yazır ki, Kiyev son aylarda Rusiyanın hərbi logistikasına cəlb olunmuş gəmilərə hücum etmək imkanlarını genişləndirib. Bir müddət əvvəl “Lady Mariia” gəmisi Aralıq dənizində dron hücumuna məruz qalmışdı. İndi isə həmin yeni konvoyun da oxşar təhlükə ilə üzləşə biləcəyi vurğulanır.

Nəşr, həmçinin Tripoli hökuməti ilə əldə olunmuş razılaşmaya əsasən, Liviya Respublikasının qərb hissəsində 200-ə yaxın ukraynalı zabitin bulunduğunu bildirir. Məqalə müəlliflərinin qiymətləndirməsinə görə, Ukraynanın Aralıq dənizində xüsusi əməliyyatlar keçirmək imkanları Qvineya körfəzi bölgəsi ilə müqayisədə xeyli yüksəkdir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın