EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
Ukrayna 2027-ci ildə Beynəlxalq Valyuta Fonduna (BVF) 2 milyard dollardan çox vəsait qaytarmalı olacaq.

Realist.az xəbər verir ki, bu barədə BVF-nin elektron məlumat bazasında dərc olunan ödəniş cədvəlində bildirilib.

Məlumata görə, Ukraynanın 2027-ci ildə fonda ödəməli olduğu məbləğ 1,48 milyard xüsusi borcalma hüququna (SDR), yaxud 2 milyard dollardan çox vəsaitə bərabərdir.

Qeyd olunub ki, Ukraynanın BVF qarşısında ümumi borcu 14 milyard dolları ötür. Faizlər və əlavə ödənişlər də nəzərə alınmaqla, Kiyevin 2046-cı ilədək fonda ödəyəcəyi ümumi məbləğin təxminən 20 milyard dollara çatacağı gözlənilir.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın