Norveçdə yerli “Vikinq” və “Sabah” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının matçını idarə edəcək hakimlər müəyyənləşib.
Realist.az-ın məlumatına görə, Liqa mərhələsinin IV turunun qarşılaşması Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.
Hakimlər briqadası və oyunun vaxtı
Qarşılaşmanın baş hakimi FIFA referisi Sander van der Eyk olacaq.
-
Baş hakim: Sander van der Eyk (Niderland)
-
Yan xətt hakimləri: Rens Bluemink, Stefan de Qrot (Niderland)
-
Dördüncü hakim: Coui Koy (Niderland)
Qeyd edək ki, “Vikinq” – “Sabah” oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Reaksiyalar:
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
