Xətai rayonundakı restoranda baş verən qətllə bağlı yenilik…
Xətai rayonunda törədilən ağır cinayətlə bağlı məhkəmə prosesi davam edir. General Şıxlinski küçəsində yerləşən restoranda 43 yaşlı C.Mirağayev bıçaqlanaraq qətlə yetirilmişdi.
“Realist.az”ın xəbərinə görə, iş üzrə daha iki nəfər barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat daxil olub. Söhbət Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlundan gedir. Təqdimat Binəqədi Rayon Məhkəməsinə göndərilib. Yaxın saatlarda həmin şəxslərlə bağlı təqdimata baxılacaq.
Əməliyyat-axtarış tədbirləri və həbs olunan 11 nəfər
Qeyd edək ki, cinayət işi üzrə artıq 11 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Hadisənin planlı şəkildə təşkil edildiyi müəyyən olunub.
Baş Prokurorluq və DİN-in birgə istintaq qrupu tərəfindən saxlanılan şəxslər aşağıdakılardır:
-
Əvvəllər məhkum olunmuş şəxslər: Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov.
-
Digər təqsirləndirilən şəxslər: Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aktiv şəkildə davam etdirilir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
