EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Zaporojyedə dağıntıların təmizlənməsi zamanı beton plitə uçdu: Xilasedici həlak oldu

Ukraynanın Zaporojye şəhərində Rusiya ordusunun hücumundan sonra zədələnmiş yaşayış binasının dağıntılarının təmizlənməsi zamanı faciə baş verib.

Realist.az Zaporojye vilayət hərbi administrasiyasına istinadən xəbər verir ki, xilasetmə işləri aparılarkən binanın beton plitəsi xilasedicinin üzərinə çöküb. Hadisə nəticəsində “Kobra” xilasetmə xidmətinin əməkdaşı aldığı ağır xəsarətlərdən yerindəcə həlak olub.

Yaralıların sayı 50 nəfərə çatıb

Vilayət hərbi administrasiyasının son məlumatlarına əsasən, Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində xəsarət alanların ümumi sayı 50 nəfərə çatıb. Bildirilir ki, yaralananlar arasında 8 uşaq da var.

Hazırda hadisə yerində axtarış-xilasetmə və dağıntıların aradan qaldırılması işləri davam etdirilir.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın