Ukrayna Prezidenti Vladimir Zelenski açıqlayıb ki, bu gün İspaniyaya, sabah isə Türkiyəyə səfər edəcək. O, Türkiyənin Rusiya-Ukrayna danışıqlarında mühüm rol oynadığını xatırladıb və əsir mübadiləsinin son aylarda cəbhədəki döyüşlər səbəbindən çətinləşdiyini bildirib. Zelenski əlavə dəstək gözlədiklərini vurğulayaraq deyib:

“Baş nazir Sançeslə danışıqların yeni razılaşmalarla nəticələnməsi üçün çalışırıq.”

Prezident Türkiyədə aparacağı görüşlərin də danışıqları bərpa etmək və əsirlərin evə qaytarılmasını təmin etmək məqsədini daşıdığını qeyd edib.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın