EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

2027-ci ilin dövlət büdcəsində bir sıra vergi növləri üzrə daxilolmaların proqnoz göstəricilərinə yenidən baxılması təklif olunur.

“Aktual Xəbər” xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 27-də keçirilən iclasında müzakirə edilib.

Maliyyə nazirinin müavini Himalay Məmişov bildirib ki, təklifə əsasən, əlavə dəyər vergisi (ƏDV), aksiz və sadələşdirilmiş vergi üzrə proqnoz göstəriciləri azaldılaraq hüquqi şəxslərin mənfəət vergisi üzrə proqnozlara əlavə olunur.

Bununla yanaşı, dövlət rüsumları üzrə daxilolmaların proqnozu azaldılaraq fiziki şəxslərin gəlir vergisi üzrə göstəricilərə yönəldilir.

Həmçinin Hesablama Palatasının tövsiyələri nəzərə alınaraq, hüquqi şəxslərin torpaq vergisi və dövlət müəssisələrindən əldə olunan dividendlərlə bağlı anlayışların dəqiqləşdirilməsi təklif edilib.

Bildirilib ki, müvafiq dəyişikliklər qanunvericilikdə mövcud olan uyğunsuzluqların aradan qaldırılmasına xidmət edir.

Qanun layihəsi komitə iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın