EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Azərbaycanla Çin arasında beynəlxalq avtomobil daşımalarının təşkili və tranzit imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Realist.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 27-də keçirilən iclasında müzakirə olunub.

Komitə üzvü Zaur Şükürov “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.

Bildirilib ki, saziş Azərbaycan və Çin arasında beynəlxalq avtomobil sərnişin və yük daşımalarının hüquqi əsaslarını müəyyənləşdirir. Sənəd, həmçinin tranzit daşımalarının asanlaşdırılmasını, daşımalar üçün icazə prosedurları və şərtlərinin müəyyən edilməsini, iki ölkənin səlahiyyətli qurumları arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Sazişdə daşımaların təhlükəsizliyi, vergi və rüsumlar, eləcə də daşıyıcıların hüquq və öhdəlikləri ilə bağlı məsələlər də tənzimlənir.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın