EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Azərbaycanda elektron əmtəə-nəqliyyat qaiməsi olmadan yük daşınmasına görə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur. Yeni dəyişikliklər yükdaşıma sektorunda nəzarət mexanizmlərinin gücləndirilməsini və şəffaflığın artırılmasını hədəfləyir.

Realist.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 27-də keçirilən iclasında müzakirə olunan qanun layihəsində əksini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Novruz Orucov Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihəni təqdim edərkən bildirib ki, elektron əmtəə-nəqliyyat qaiməsi olmadan yük daşınmasına nəzarətin gücləndirilməsi və belə hallara görə maliyyə sanksiyalarının tətbiqi təklif olunur.

Qanun layihəsində beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergi güzəştlərinin verilməsi, müvafiq nəqliyyat vasitələrinin idxalının ƏDV və gömrük rüsumundan azad edilməsi də nəzərdə tutulur.

Bildirilib ki, dəyişikliklərin əsas məqsədi yükdaşıma sektorunda şəffaflığı artırmaq, milli daşıyıcıların rəqabət qabiliyyətini yüksəltmək və nəqliyyat parkının yenilənməsini təşviq etməkdir.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın