Azərbaycanda dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük ödənişlərinin alınmaması ilə bağlı qanunvericiliyə dəqiqləşdirmə xarakterli dəyişiklik təklif olunur.
Realist.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 27-də keçirilən iclasında müzakirə edilib.
Komitə sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini təqdim edib.
Bildirilib ki, təklif olunan dəyişiklik dövlətin xeyrinə imtina edilmiş mallarla bağlı gömrük ödənişlərinin hesablanması qaydasının dəqiqləşdirilməsini nəzərdə tutur.
Belə ki, mövcud normanın təkmilləşdirilməsi nəticəsində həmin mallara görə yalnız gömrük rüsumları və vergilərin deyil, bütövlükdə gömrük ödənişlərinin alınmaması təmin ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


