Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin rektoru Hilola Umarova ilə görüşüb.Görüşdə Azərbaycanla Özbəkistan arasında mədəni-humanitar əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Tərəflər, həmçinin elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlərarası əlaqələrin inkişaf etdirilməsi və müxtəlif mübadilə proqramlarının həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

Görüşdə iki ölkə arasında təhsil və humanitar sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın