Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan husilərin oktyabrın 10-da Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanına təşkil etdiyi hücumları pisləyib.

Bu barədə dövlət başçısı Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə bəyan edib. Ərdoğan vurğulayıb ki, Türkiyə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının tərəfdarıdır. O, parçalanma və deinteqrasiya cəhdlərinin regionun sabitliyinə ciddi təhdid yaratdığını bildirib.

Türkiyə, həmçinin avqustun 7-də imzalanmış birgə müdafiə haqqında sazişin icra mexanizmlərinin yaradılması istiqamətində Pakistan və Səudiyyə Ərəbistanı ilə işləri davam etdirir. Ərdoğanın sözlərinə görə, saziş çərçivəsində həyata keçirilən bütün fəaliyyətlər Türkiyənin milli qanunvericiliyinə tam uyğun şəkildə aparılacaq.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın