KİV: İran amerikalı diplomatlara və məmurlara hücum etməyə hazırlaşır

Tehran amerikalı diplomatlara və dövlət qulluqçularına qarşı hücumlara hazırlaşır. Bu barədə “The New York Times” nəşri iki yüksəkrütbəli İran rəsmisinə, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsinə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, ABŞ və İsrail onlarca yüksəkrütbəli İran məmurunu, habelə onların bəzi ailə üzvlərini qətlə yetiriblər. Bununla əlaqədar olaraq, onlar Amerika nümayəndələrini cavab tədbirləri üçün “qanuni hədəf” hesab edirlər.

“Realist.az” xəbər verir ki, ABŞ tərəfi artıq öz diplomatik missiyalarının təhlükəsizlik tədbirlərini gücləndirib.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın