Paytaxt yollarında nəqliyyatın sıxlığı müşahidə olunur: NİİM 14 əsas marşrutu elan etdi

Bakı şəhərinin bir sıra ana küçə və prospektlərində nəqliyyat vasitələrinin intensiv sıxlığı qeydə alınır.

“Realist.az”ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda nəqliyyatın sıx olduğu küçə və prospektlər:

  1. Bakı-Sumqayıt şosesi: “20 Yanvar” metro stansiyası istiqamətində;

  2. Alı Mustafayev küçəsi: Ziya Bünyadov prospekti istiqamətində;

  3. Heydər Əliyev prospekti: Köməkçi yol, mərkəz istiqamətində;

  4. Rəşid Behbudov küçəsi: Mərkəzi Bank istiqamətində;

  5. Binəqədi şosesi: “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

  6. Ziya Bünyadov prospekti: Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

  7. 28 May küçəsi: Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

  8. 1-ci Göl kənarı yolu: Ziya Bünyadov prospekti istiqamətində;

  9. Sabunçu-Zabrat şosesi: “Koroğlu” metro stansiyası istiqamətində;

  10. Mikayıl Əliyev küçəsi: Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

  11. Qara Qarayev prospekti: “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

  12. 8 Noyabr prospekti: Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

  13. Mikayıl Müşfiq küçəsi: “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

  14. Koroğlu Rəhimov küçəsi: Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində.

NİİM sürücülərə hərəkət marşrutunu planlaşdırarkən mövcud sıxlığı nəzərə almağı tövsiyə edir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın