Al Akhbar: ABŞ və İran arasında tənzimləmə planı 5 günlük qarşılıqlı güzəştləri nəzərdə tutur
İran ABŞ ilə öhdəliklərin qarşılıqlı icrası üçün təklif olunan mexanizmlərlə prinsiplə razılaşsa da, nüvə sahəsində hər hansı güzəştə getməyi tamamilə rədd edib.
Realist.az xəbər verir ki, bu barədə “Al Akhbar” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflərə təqdim olunan yeni təklif 5 günlük dəqiq vaxt çərçivəsində qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinə əsaslanır. Plan ABŞ tərəfindən dəniz blokadasının aradan qaldırılması müqabilində Tehranın Hörmüz boğazını gəmilərin hərəkəti üçün açmasını nəzərdə tutur.
Tehran nüvə obyektlərinin təftişinə qadağa qoyur
Təşəbbüsün digər maddəsinə əsasən, İrandan həmin 5 günlük müddət ərzində nüvə obyekti üzrə konkret güzəştlər, o cümlədən öz nüvə obyektlərinə beynəlxalq müfəttişlərin baxış keçirməsinə icazə verməsi tələb olunur.
Bununla belə, Tehran bu bəndi qətiyyətlə rədd edərək öz dəyişməz mövqeyini nümayiş etdirib:
-
Şərt: Nüvə proqramı üzrə istənilən danışıqlar yalnız hərbi əməliyyatlar dayandırıldıqdan, dəniz blokadası ləğv edildikdən və Hörmüz boğazı açıldıqdan sonra bərpa oluna bilər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
