İran mediasından təhdid: Sualtı internet kabellərinə zərbələr Fars körfəzində kollaps yaradacaq

​Fars körfəzindəki əsas internet rabitə xətlərinin tam dayanmasının ilk saatlarında region ölkələri ciddi böhranla üzləşəcək. Hürmüz boğazındakı sualtı kabellərə oluna biləcək ehtimal olunan zərbələrdən sonra Qətər, Bəhreyn, BƏƏ və Küveytin rabitə şəbəkələri iflic vəziyyətinə düşə bilər.

​Realist.az xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat dərc edib.

​Prognozlara əsasən, böhranın ilk dəqiqələrində rabitə keyfiyyəti kəskin pisləşəcək, “Amazon” və “Microsoft” bulud xidmətlərinə giriş dərhal kəsiləcək. Eyni zamanda fond bazarındakı alqoritmik əməliyyatlarda pozuntular və məlumat itkiləri baş verəcək ki, bu da “dərin fəlakətə” gətirib çıxaracaq.

​Məqalədə vurğulanır ki, operatorların sonrakı addımları və məhdud quru marşrutlarından istifadə rabitənin tam şəbəkə formalı kəsilməsinin qarşısını almağa kömək etsə də, əsas problem ilk saatlarda və günlərdə yaşanacaq. Süni intellektə əsaslanan müasir infrastrukturlar ilk dəqiqələrdən sıradan çıxacaq.

​”Hüquqi maneələr, sığortaların ləğvi və təmir gəmilərinin keçidinə hərbi qadağaların qoyulması ilə daha da dərinləşəcək bu üzücü böhran Fars körfəzi regionunu aylarla çıxılmaz vəziyyətə salacaq və rəqəmsal iqtisadiyyata bərpaolunmaz zərbə vuracaq”, – deyə “Tasnim” qeyd edir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın