İran deputatı Məttəqi Avropanı hədələdi: “Raketlərimiz sizə də çata bilər”

İran parlamentinin üzvü Məttəqi Avropa ölkələrini Tehrana qarşı müharibədə iştirak etməməyə çağıraraq, onlara kəskin xəbərdarlıq edib.

Realist.az-ın məlumatına görə, o, Qərb dövlətlərini, xüsusən də Böyük Britaniya, Almaniya, İtaliya və Portuqaliyanı hərbi bazalarını ABŞ qırıcılarına təqdim etməkdə ittiham edib.

“Əgər bu günlərdə müzakirə olunan regionun hüdudlarından kənara çıxmaq istəsək, təbii ki, bu, bizə qarşı istifadə edilən məkanlar olacaq. Hazırda bu konsepsiyanın aid edildiyi və şamil olunduğu coğrafi ərazi Avropadır”, — deyə Məttəqi vurğulayıb.

İranlı deputat ABŞ-a kömək edən ölkələrdən İran xalqından üzr istəmələrini tələb edib və Tehranın raketlərinin Avropaya da çata biləcəyini xüsusi olaraq qeyd edib.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın